Azərbaycan nefti ucuzlaşıb


Digərləri 18 Dek 2018 23:59:00 430 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 61,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,81 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 17-də 56,69 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,75 dollar/barel azdır.