Uca Allaha hüsnizənn etmək necə olur?


Digərləri 18 Dek 2018 23:45:00 691 0

Uca Allaha hüsnizənn etmək necə olur?

Quran ayələrində və hədislərdə Allaha ümid bəsləmək rəca adı altında bəyan edilmişdir ki, onun əks mənası ümidsizlik, yəni qənutdur. Rəhmətlik İmam (r) bu haqda yazır: "Rəca - fitrətdəndir, qənut isə fitrətə ziddir və hicab yaradandır. Rəca, Allah Təalaya hüsni-zənə səbəb olar, qənut isə İlahi rəhmətə qarşı sui-zənnə".

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzən bu üstün və bəyənilən xüsusiyyətlər əməldə başqa məfhumlarla səhv salınır. Rəhmətlik İmam (r) bu haqda buyurur: "Səhvə səbəb olan amillərdən biri budur ki, insan məhbub olması barəsində aldanır. Təkəbbürü ona qələbə çalır. Hamı yaxşı bilir ki, təkəbbür - İblisin (lən) silahıdır. Rəcanın əleyhinədir, çünki rəca - rəhman ağılın silahıdır.

Onlar bir-birindən fərqlənirlər. Rəca, rəhmətə qarşı elmə gətirib çıxardar və Allahın feyz, kamal sifətlərinə və adlarına imana səbəb olar. Təkəbbür isə İlahi əmrlərin inkarına, cəhalətə səbəb olar".

İlahi kəlamlarda və Məsumlardan (ə) gələn hədislərdə rəca həmişə xovf yəni, qorxu sözü ilə birlikdə olmuşdur. Çünki hər ikisi bir yerdə olan zaman həqiqi imanın yaranmasına səbəb olar. Həqiqi mömin o kəsdir ki, həm rəcaya malik olar, həm də xovfa.

Quranda Allaha ümidvarlığa aid olan ayələrə nəzər salaq.

"De: "Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın"". ("Kəhf" 110).