Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib FOTO


Digərləri 18 Dek 2018 23:36:00 522 0

Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib  FOTO

Gədəbəyin Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 64 min 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Xəbərə aid fotolar