Yevlaxda avtomobil elektrik dirəyinə çırpılıb


Digərləri 18 Dek 2018 23:39:00 409 0

Yevlaxda avtomobil elektrik dirəyinə çırpılıb

Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Xaldan yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı sakinlər tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda minik maşını traktorla toqquşub.