Soyuqdəymə: Ən yaxşı dərman nədir?


Digərləri 18 Dek 2018 23:05:00 428 0

Soyuqdəymə: Ən yaxşı dərman nədir?

Portağal suyundan tutmuş sink pastillərədək (sorma dərman), toyuq şorbasından tutmuş sarımsağa qədər soyuqdəymə üçün bir çox dərman təklifi barədə eşitmisiniz. Bəs bunların həqiqətən də faydası varmı?

Soyuqdəymə hər kəsin yoluxduğu bir xəstəlik olaraq qlobal əhəmiyyətə malikdir.

Bu xəstəliyə səbəb olan 200-dən artıq virus və hardasa bir o qədər də dərman deyə təklif edilən müalicə üsulu eşitmisiniz.

Evdə tətbiq etdiyimiz müalicələrin məqsədi immun sistemini gücləndirməkdir. Virus daxil olan zaman o, bədəndə iki müdafiə mexanizmi ilə qarşılaşır.

İmmun sistemi daxil olan virusları xarıcə atmağa çalışır.

Sonradan əldə olunmuş immunitet bədənin qarşılaşdığı xəstəliyə səbəb olan müəyyən patogenləri hədəfə alır və təkrar qarşılaşma olarsa hazırlıqlı olmaq üçün xatırladıcı hüceyrələr yaradır.

Su çiçəyi kimi bəzi uşaq xəstəliklərinə sadəcə bir dəfə yoluxmağın səbəbi budur.

Soyuqdəyməyə səbəb olan virus isə bir insandan digərinə keçən zaman davamlı olaraq dəyişir.

Xatırladıcı hüceyrələr buna görə onları tanıya bilməz və dəfələrlə soyuqdəyməyə yoluxa bilərik.

Qidalanmanın immun sistemə təsir göstərdiyi məlumdur

Həm həyat tərzi, həm də qidalanma immun sisteminin nə qədər güclü olduğuna öz təsirini göstərir.

İmmun sistemi hər hansı bir vitamin və ya mineral çatışmazlığı olan zaman zəifləməyə başlayır.

Buna görə də, əgər yaxşı bir qidalanma rejimimiz varsa, soyuqdəyməyə qarşı immuniteti möhkəmləndirəcək əlavə qidanın və vitaminlərin bir o qədər faydası olmayacaq.

Hər hansı bir vitamin, sink və dəmir kimi mühüm qida çatışmazlığı olan zaman əlavə qida və ya vitaminlər faydalı ola bilər.

Bəs ümumi istifadə baxımından əlavələr çarədirmi?

Əlavə qidalanmanın soyuqdəyməyə faydası olub-olmadığına dair araşdırmalar hansısa qida məhsulu üzərində deyil, vitamin əlavələri üzərində dayanıb.

Sarımsağın soyuqdəyməyə qarşı qoruyucu təsirə malik olduğu müəyyən edilib

Sarımsaq

Bir araşdırma zamanı sarımsağın soyuqdəyməyə qarşı müdafiə edici təsir müşahidə olunub. 146 sağlam insan üzərində keçirilən təcrübə qışda 12 həftəni əhatə edib.

Bu müddət ərzində iştirakçıların yarısına placebo həbi (heç bir təsiri olmayan həb), yarısına isə kapsul şəklində sarımsaq əlavəsi verilib.

İlk qrupda 65 soyuqdəymə halının ortaya çıxdığı və 366 günün xəstəliklə keçdiyi qeyd edilib.

Sarımsaq əlavəsi verilən qrupda isə 24 soyuqdəymə halı və 111 xəstə günü qeydə alınıb.

C Vitamini

Soyuqdəyməyə qarşı çox insanın müraciət etdiyi əlavələrdən biri də C vitaminidir.