Ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiqlənib


Siyasət 18 Dek 2018 23:06:00 546 0

Ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Ədliyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, habelə Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.