Cəlilabadda VAZ traktorla toqquşub


Digərləri 18 Dek 2018 23:08:00 613 0

Cəlilabadda VAZ traktorla toqquşub

Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Ocaqlı kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Teymur Əlifağa oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili "Belarus" markalı traktora çırpılıb. Minik avtomobilinin sürücüsü xəsarət alaraq ağır vəziyyətdə "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Goranboyda yol qəzası baş verib.