Allah bu dastanda həsədə işarə edir


Digərləri 18 Dek 2018 22:45:00 615 0

Allah bu dastanda həsədə işarə edir

İnsanın həm yaxşılıqlara və həm də pisliklərə meyli vardır. Yaxşılıqlara meyl hər bir pak fitrətdə mövcuddur.

Əxlaq alimlərindən olan Ayətullah Məzahirinin əxlaq dərslərindən: "Qərb alimlərindən birinin bir cümləsi vardır ki, çox şirin cümlədir. Deyir ki, özünü tərbiyə üçün bir müqayisə etmək istəyirəm. Züleyxa ilə Yusifin müqayisəsi. Züleyxa bir xanım idi ki, bir qadının istədiyi hər şeyə malik olmuşdu. Cavan idi, gözəl idi, mal və mülkü var idi. Ancaq bir şeyi yox idi, o da insanlığı idi. Züleyxa öz əli ilə özünü zəlil etdi. Əgər bütün dünya toplaşsaydı, heç kəsi bu qədər zəlil edə bilməzdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq Yusifin bir oğlanın istədiyi hər şeyi yox idi. Hətta özü belə başqasının malı idi. Paxıl qardaşları onu satırlar. Bu Yusifin nə malı, nə pulu və nə də vəzifəsi var idi. Özü Züleyxanın qulu idi. Ancaq bir dəyərli şeyi var idi, o da insanlığı və iffəti idi. Yusifin insanlığı onu elə bir yerə gətirib çıxardır ki, əgər bütün dünya toplaşsa və kimisə bu qədər əziz etmək istəsə - bacarmaz. Yusifi insanlığı və iffəti əziz etdi. Əgər cavanlar həyatda bir yerə çatmaq istəyirlərsə, gərək Yusifi örnək bilsinlər.

Əziz müəllimimiz Əllamə Təbatəbai "Əl-Mizan"da yazır: "Yusifin günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri başqa insan üçün olsaydı, günah etməməsi çox uzaq olardı. Bu 24 zəminəyə baxmayaraq, Yusif günah etmədi".

Yusif (ə) öz iffəti sayəsində böyük bir məqama çatır, atasını öz taxtında əyləşdirir və qardaşları qarşısında səcdə edirlər. Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: "Atacan! Bu, sənin yuxunun yozumudur".