Azərbaycan Hindistandan turistlərin cəlb olunması üzərində işləyir


Digərləri 18 Dek 2018 22:11:00 592 0

Azərbaycan Hindistandan turistlərin cəlb olunması üzərində işləyir

Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkəyə Hindistandan turistlərin cəlb olunması üzərində işləyir.

Son.az bildirir ki, bunu Trend-ə assosiasiyanın sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, AzTA hazırda müxtəlif Hindistan şirkətləri ilə danışıqlar aparır:

"Assosiasiya Bakıda Hindistan filminin bəzi səhnələrinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu filmin çəkilişləri bir müddət əvvəl başa çatıb. Film ekranlara çıxanda bu, Azərbaycan üçün böyük reklam olacaq. Bu cür filmlər həmçinin Hindistandan turist axınının artmasına təsir göstərəcək".