Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişir


Digərləri 18 Dek 2018 22:05:00 385 0

Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişir

İnşaatçılar, bankirlər, musiqiçilər, taksi sürücüləri: əmək miqrantlarının dünya miqyası genişlənir. Onların sayı artıq 164 milyonu keçib. Bu, Rusiyanın əhalisindən daha çoxdur.

Miqrantların üçdə ikisi zəngin ölkələrə gedib və indi oralarda hər beşinci işçi əcnəbidir.

Miqrantlar arasında məşğulluqla bərabər yerli əhali arasında işsizlik və narazılıq artmaqdadır. Buna cavab olaraq rəsmilər miqrasiya siyasətini sərtləşdirir. Digər tərəfdən, texnoloji inqilab əməyə ehtiyacı azaldır.

Nəticədə, inkişaf etmiş iqtisadiyyatlarda əmək miqrantlarının axını tədricən yavaşlayır və orta gəlirli ölkələr diqqəti öz üzərinə çəkir.

Dünya Əmək Təşkilatının son tədqiqatına görə, Çin və Braziliya ilə yanaşı, bu qrupun tərkibinə Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Türkmənistan daxildir.

Hara gedirlər?

Hələ də inkişaf etmiş Qərbə üstünlük verilir: Şimali Amerika və Avropa dünyanın bütün əcnəbi işçilərinin yarısını paylaşır.

Burada xarici iş adamlarına biznes mühiti, maliyyə və elmi baza cəlbedicidir, Cənubi Afrikalı Elon Musk-dan soruşun.

İşçiləri yüksək maaşlar, iş və karyera imkanları buralara gətirir.

Yerli işəgötürənlər isə istedad axtarışındadırlar və bunun üçün pul sərf edə bilərlər.

Məsələn, İngiltərə Mərkəzi Bankına (British Central Bank) rəhbərliyi kanadalı Mark Carney edir, Berlin Dövlət Baletinin (Staatsballett Berlin) balet truppasına isə daha əvvəl Rusiyada Mixailovski teatrında fəaliyyət göstərən ispaniyalı Nacho Duato.

İnkişaf etmiş zəngin ölkələr bütün əmək miqrasiyasının 68 faizini təşkil edir.

Bu, qismən buraların kasıb ölkələrin işçiləri üçün cəlbedici olmasına, qismən isə blokun 28 ölkəsi arasında yarım milyard insanın hərəkət etdiyi Avropa Birliyində sərhədlərin açılmasına görə əmək bazarının tədricən liberallaşmasına görədir.

İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.