Xoşbəxt insan kimdir?


Digərləri 18 Dek 2018 21:45:00 469 0

Xoşbəxt insan kimdir?

Xoşbəxt insan kimdir? Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Xoş olsun o kəsin halına ki, müsəlman olsun, adi güzəranı olsun və (bədən) qüvvələri də yerində olsun".

Bu hədis xoşbəxt insandan bəhs edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) nəzərinə görə xoşbəxt insan o kəsdir ki, üç şeyə malik olar:

1. İslam dininə. O kəs ki, müsəlman olar və İslam dininə təslim olar, həqiqətən də xoşbəxtdir. Çünki hidayət olmuş və tək Allaha tərəf qədəm basmaqdadır. Böyük Peyğəmbərin (s) və Quranın buyurduqlarına əməl edərək, özünü Allaha yaxınlaşdırar və təqva əhli olmağa cəhd edər. Hər kim təqva əhli olar, xilas olmuşların zümrəsinə qoşular və axirəti üçün azuqəsi olar. Saleh əməllər yerinə yetirər və imanını gücləndirər.