Şahın oğlu İranda hakimiyyətin dəyişməsini istəyir


Dünya 18 Dek 2018 21:25:00 582 0

Şahın oğlu İranda hakimiyyətin dəyişməsini istəyir

İranın devrilmiş Şahının oğlu, vəlihəd Reza Pəhləvi təklif edib ki, Qərb ölkələri İranın xaricdəki əmlakına əl qoyub onları iranlı demokratların sərəncamına versin.

İran hakimiyyətinin yüksək vəzifəli məmurlarının Qərb ölkələrinə getdiyini xatırladan cənab Pəhləvi araşdırma aparılmasını təklif edib və "əgər bu əmlaklar xalqın cibindən oğurlanıbsa, o zaman həbs qoyulsun" deyib, BBC Farsca xəbər verir.

İran inqilabının 40-cı il dönümü ərəfəsində Washington İnstitutunda etdiyi çıxışında Reza Pəhləvi İranın gələcəyi ilə bağlı fikirlərini bildirib.

O, Səudiyyə Ərəbistanı və İsraildən maliyyə yardımı və ya hər hansı başqa bir kömək alması ilə bağlı iddiaları rədd edib.

Cənab Pəhləvi deyib ki, İranda maliyyə problemləri ilə mübarizə aparıldığı bir vaxtda rejimlə yaxın olanlar rahatdırlar, viza məhdudlaşdırmaları yoxdur.