Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi


Dünya 18 Dek 2018 21:27:00 318 0

Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Salman Gülən 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Salman Gülən "silahlı terrorçu qruplaşmaya üzv olmaqda" təqsirli bilinib.

Xatırladaq ki, Salman Gülən 2017-ci ilin dekabr ayında FETÖ qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin ilin fevral ayında Manisa əyalətində Gülənin digər qardaşı oğlu həbs olunmuşdu. 2016-cı ilin oktyabr ayında isə Gülənin qardaşı Kütbettin Gülən polis nəzarətinə götürülüb.