Bəzi zalımlar nəinki axirətdə, dünyada da əzab çəkəcəklər


Digərləri 18 Dek 2018 21:10:00 672 0

Bəzi zalımlar nəinki axirətdə, dünyada da əzab çəkəcəklər

Quran bizlərə nəinki axirətdə, dünyada da belə əzab çəkən insanlar ilə tanış edir və onların əməllərini bizə tanıdır ki, o əməllərdən uzaq olaq və əzab görən kəslərdən olmayaq.

1. O kəslər ki, Allahın evində onun adının çəkilməsini qadağan edər və məscidlərin viran olmasına çalışarlar. "Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır". ("Bəqərə" 114).

2. O kəslər ki, kafir olarlar. "Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır". ("Ali-İmran" 56).

3. Yer üzərində fəsad törədənlər. "Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır". ("Maidə" 33).

4. Müşriklər. "Ey Peyğəmbər, küfrdə (ona meyil göstərməkdə və kömək etməkdə) tələsən kəslər - istər dilləri "iman gətirdik" deyib, qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır.

(Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) "əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr), çəkinin" deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır". ("Maidə" 41).

5. O kəslər ki, buzova pərəstiş etmişdilər. "Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq". ("Əraf" 152).

6. İnsanları yolundan azdıran elmsız alimlər. "(Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (İlahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq". ("Həcc" 9).