İrandan gözlənilməz bəyanat:


Dünya 18 Dek 2018 20:54:00 232 0

İrandan gözlənilməz bəyanat:

Türkiyə Suriyada kürd qüvvələrə qarşı əməliyyatı rəsmi Dəməşqin razılığı olmadan həyata keçirərsə, o zaman Astana prosesi çərçivəsində əldə edilən razılaşmaların tətbiqi çətinləşə bilər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

"Bizim mövqeyimiz dəyişməyib. Heç bir ölkə Suriya hökumətinin razılığı olmadan onun ərazisində hər hansı əməliyyat keçirə bilməz".