Azərbaycanda innovasiya sahəsində görülən işlər Aİ-də təqdim olunub (FOTO)


Digərləri 18 Dek 2018 20:13:00 642 0

Azərbaycanda innovasiya sahəsində görülən işlər Aİ-də təqdim olunub (FOTO)

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilib.

Bakı. Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, Aİ-nin üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin təmsil olunduğu tədbirdə NRYTN, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər. Toplantıda 2018-ci il üzrə fəaliyyətin müzakirəsi, Şərq Tərəfdaşlığı Proqramı üzrə həyata keçirilən işlər, Aİ-nin İnnovasiya siyasəti, Şərq Tərəfdaşlığında Tədqiqat və İnnovasiyaların dəstəklənməsi, Avropa Tədqiqat Şurası, Avropa İnnovasiya Şurası, “HORİZON 2020”-nin Kiçik və Orta Müəssisələrin (SME) inkişafına dəstək alətləri, Şərq Tərəfdaşlığının Tədqiqat və İnnovasiya üçün digər dəstək imkanları üzrə fikir mübadiləsi aparılıb.