Sumqayıt şəhərində əmək yarmarkası keçirilib (FOTO)


Digərləri 18 Dek 2018 20:18:16 442 0

Sumqayıt şəhərində əmək yarmarkası keçirilib (FOTO)

Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkada 30 müəssisə üzrə 231 vakant iş yeri təqdim edilib. Müəssisələrdən 10-u dövlət, 20-i qeyri-dövlət müəsissəsidir. İşaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.