ABŞdan acı etiraf:


Dünya 18 Dek 2018 20:09:00 587 0

ABŞdan acı etiraf:

Birləşmiş Ştatlar hazırda Rusiya və Çinin hipersəs sürətli silahları ilə mübarizə apara bilməz. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu qeyd ABŞ-ın Hesablama Palatasının hesabatında öz əksini tapır.

Hesabat müəllifləri bildirirlər ki, Rusiya və Çin hipersəs sürətli silahlara investisiya yatırır. Belə ki, məhz bu silahlar hesabına onlar yeni raket əleyhinə sistemləri aşa bilərlər.

Qeyd olunur ki, bu, həmçinin Moskva və Pekinə nüvə silahı tətbiq etmək imkanı da verir: "Hazırda onlara - Rusiya və Çinə qarşı durmağa heç nəyimiz yoxdur".

Telekanalın məlumatına görə, Pentaqon yeni müqavilələr bağlamaqla bu seqmentdə olan geriliyi aradan qaldırmaq niyyətindədir.