Bakıda qardaşı arvadını yandıraraq öldürənə 17 il həbs verildi


Kriminal 18 Dek 2018 19:49:00 578 0

Bakıda qardaşı arvadını yandıraraq öldürənə 17 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 34 yaşlı İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşı arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.