Adəm qazax olub


Digərləri 18 Dek 2018 19:39:00 594 0

Adəm qazax olub

Bibliyadakı Adəm qazax olub və qazax dilində danışıb.

Son.az Kult.az-a istinadən xəbər verir ki, bu iddia ilə Əl Fərabi adına Qazaxıstan Dövlət Universitetinin elmlər doktoru olan Beysenov B.K. adlı şəxs universitetin jurnalında çıxış edib. Jurnaldakı məqaləsinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Böyük çölün yeddi üzü" kitabından "Qazaxıstan bütün planetdəki almaların ata yurdudur" sitatıyla başlayan alim bunun ilk insan sayılan Adəmə də aid olduğunu söyləyib:

"Adəmin ilk danışdığı, bizim dövrümüzə qədər yaşayan dil müasir görünüşü ilə qazax dili adlanır. Belə iddia irəli sürərkən mən özümü Yerin Günəş ətrafında fırlandığını söyləyən Kopernik kimi hiss edirəm".