Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb


Digərləri 18 Dek 2018 19:10:00 411 0

Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Bakı. Hüseyn Vəliyev - Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb. Bu barədə Trend-ə “Azərkosmos” ASC-dən məlumat veriblər. Məlumata əsasən peyki təxminən iki ay sınaq orbitində istifadə olunacaq, daha sonra yekun orbitinə - 45 dərəcə şərq uzunluğuna yerləşdiriləcək: “Gələn ilin əvvəlində peyk “Azərkosmos”un idarəsinə veriləcək və onun kommersiya istifadəsi başlayacaq”. Qeyd edək ki, "Azerspace-2" sentyabrın 26-ı Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.