72 əlil Naxçıvandakı müalicə müəssisələrinə göndərilib


Digərləri 18 Dek 2018 19:19:13 535 0

72 əlil Naxçıvandakı müalicə müəssisələrinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 72 nəfər əlilliyi olan şəxsi Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar. Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.