Azərbaycanın səhiyyə sistemi yaxın illərdə dünyada qabaqcıl yerlərdən birinə çıxacaq


Digərləri 18 Dek 2018 18:19:00 453 0

Azərbaycanın səhiyyə sistemi yaxın illərdə dünyada qabaqcıl yerlərdən birinə çıxacaq

Azərbaycanın bütün regionlarını əhatə edən yeni səhiyyə sistemi qurulub.

"Bu gün Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən də göründüyü kimi, ölkə başçısı Azərbaycanda əhalinin sağlamlığına çox böyük qayğı və diqqətlə yanaşır. Ümumiyyətlə, əhalinn sağlamlığının qorunması Azərbaycan dövlətinin daxili siyasətinin ən üstün istiqamətlərindən biridir".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda yaradılan şəraitlə tanış olublar - FOTO Millət vəkili qeyd edib ki, ümumilikdə, son 15 ildə ölkənin bütün regionlarını əhatə edən yeni bir səhiyyə sistemi qurulub: "Son illlərdə 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Dövlət başçısının tapşırıqlarına əsasən, hər il 5 milyondan çox vətəndaşımız dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi dispanserizasiyadan keçir, profilaktik müayinə və müalicələrə cəlb olunur, xəstəlik vəziyyətləri aşkarlanır və lazımi tibbi yardımlar göstərilir.