“Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb, sahibi həbs olunub


Digərləri 18 Dek 2018 18:14:00 686 0

“Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb, sahibi həbs olunub

Nəsmi rayonunda “Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb.

Bakı. Nəsmi rayonunda “Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb. Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilir. İstintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə əldə etdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gələrək orada pul müqabilində təqdim olunan qadınlarla intim əlaqədə olduqlarını bildirmişdir.