AMEAnın akademik katibi: "Azərbaycanda informasiya ombudsmanı yaradılmalıdır"


Digərləri 18 Dek 2018 17:44:00 459 0

AMEAnın akademik katibi: "Azərbaycanda informasiya ombudsmanı yaradılmalıdır"

"Azərbaycanda "Fərdi məlumatlar haqqında" qanun var, bununla belə, həmin sahədə işi gücləndirmək lazımdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, qurumun İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, bu sahədə dünya təcrübəsinə əsaslanaraq addım atmaq lazımdır:

"Bu gün hər yerdə kamera, fotoaparat və insanları izləyə biləcək digər cihazlar var. Şantaj elementləri, müəyyən hüquqazidd əməllər var ki, onlara qarşı ciddi tədbirlər görülməlidir".