Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur


Digərləri 18 Dek 2018 17:30:00 499 0

Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur

Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur.

Bakı. Samir Əli - Ordunun güclü, qüdrətli olması Azərbaycan dövlətinin qüdrətli və güclü olması deməkdir. Təbii ki, ordu ilə bağlı qarşıya qoyulan vəzifələr prioritetdir və buna nail olmaq üçün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər lazımi tədbirlər görülür və qərarlar verilir. Bu sözləri Trend-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Baş redaktorun sözlərinə görə, Azərbaycan Ordusunun şəxsi heyətinin əhvali-ruhiyyəsi, döyüş qabiliyyəti, maddi-texniki təminatı yüksək səviyyədədir: “Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olması adi bir fikir, söz deyil. Hətta el arasında belə bir deyim var: “Ordun varsa yurdun var, ordun yoxsa yurdun yoxdur".