Yerli ixracatçı sahibkarlar üçün gömrük əməliyyatlarına dair tədbir və təlim keçiriləcək


Digərləri 18 Dek 2018 17:12:00 643 0

Yerli ixracatçı sahibkarlar üçün gömrük əməliyyatlarına dair tədbir və təlim keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dəstəyi və "My Broker" gömrük təmsilçiliyinin təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və "2019 - İxraca dəstək" layihəsi üzrə maarifləndirici tədbir və 2019-cu ilin yanvar ayı üçün təlim təşkil olunacaqdır.

Son.az xəbər verir ki, dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində baş tutacaq tədbirdə əsas məqsəd yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirmək, görüşdə ilkin olaraq gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində "2019 ixraca dəstək" layihəsinin ixracatçıların diqqətinə çatdırmaqdır.