BMTdə Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə qəbul edildi


Digərləri 18 Dek 2018 17:16:00 627 0

BMTdə Azərbaycanın irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə qəbul edildi

BMT Baş Assambleyasının (BA) plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. 62 ölkə qətnaməyə həm-müəllif kimi qoşulub.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.

Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur və qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.