Masallıda "Mercedes" yanıb


Digərləri 18 Dek 2018 17:20:00 571 0

Masallıda "Mercedes" yanıb

Masallıda yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, rayonda ümumi sahəsi 80 kv.m olan talvarın yanar konstruksiyaları 45 kv.m sahədə və talvarın altında dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son.az