Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib


Siyasət 18 Dek 2018 17:02:00 642 0

Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib

Prezident İlham Əliyev G.B.İslamovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".