Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi


Dünya 18 Dek 2018 17:06:00 219 0

Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi

Norveçdə MECA Hockey Game xokkey turnirində Belarusun himni yerinə təşkilatçılar bir çoxlarının "Nu pogodi" cizgi filmindən tanıdığı "Kosil Yas klever" mahnısını qoşublar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, oyundan əvvəl idmançılar adəti üzrə iki sıraya düzülüb iştirakçı ölkələrin himnlərini dinləyirlər.

Buz meydançasının üzərində quraşdırılan kubşəkilli böyük ekranda Belarus bayrağı görünüb, lakin himnin yerinə "Kosil yas klever" səslənib.

Bu zaman norveçlilər - heç vaxt eşitmədikləri Belarusun şən himninə təəccübləniblər. Qonaq belaruslar isə nəyə görə bu mahnının səslənməsini anlaya bilməyiblər.  

Hadisəni telefonlarının yaddaşına həkk edən belaruslu azarkeşlər də heç nə anlamayıblar. Bu şən mahnının təşkilatçıların musiqi arxivinə necə düşməsi tapmaca olaraq qalır.