Bu il 151 fermerə 10 milyon manat məbləğində kredit verilib FOTO


Digərləri 18 Dek 2018 16:54:00 755 0

Bu il 151 fermerə 10 milyon manat məbləğində kredit verilib  FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu ilə bağlı mediaya hesabat verib.

Son.az Trend-ə istinadən bildirir ki, Dövlət Xidmətinin rəisi Mirzə Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və qarşıda duran planlar barədə jurnalistlərə təqdimat edib.

Dövlət Xidmətinin rəisi bildirib ki, 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq (84) və bağçılıq (19) ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.

Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb.

Heyvan sağlamlığı üzrə Dövlət Xidmətinin gördüyü vacib işlərdən biri brusellyoz xəstəliyinə qarşı mübarizədir. Xəstəliklə mübarizə məqsədilə peyvəndləmə aparan baytar həkimlər vaksinlərlə, əl soyuducuları ilə, geyim və təhlükəsizlik vasitələri ilə təchiz olunublar. 2018-ci il dekabrın 1-dək 401 435 iribuynuzlu heyvan S19 vaksini ilə, 1 477 350 xırdabuynuzlu heyvan REV1 vaksini ilə peyvəndlənib. Aparılan planlı fəaliyyət nəticəsində 3-4 il ərzində bu ağır xəstəliyin Azərbaycanda aradan qaldırılması nəzərdə tutulub.

Dövlət Xidmətinin bitki sağlamlığı istiqamətində atdığı addımlar Azərbaycan üçün ilklər siyahısına düşüb. İlk dəfə olaraq, "Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər" Atlası hazırlanıb, çap edilib. Atlas istər elmi, istərsə də, praktiki istifadə üçün dəyərli bir mənbədir.

İlk dəfə olaraq, 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə zərərvericilərə qarşı inteqrir mübarizə təlimləri keçirilib. Ümumilikdə, 30 təlimdə 900-dən artıq fermer və mütəxəssis iştirak edib.


Xəbərə aid fotolar