Bank Respublika regionlarda qadın sahibkarlara təlimlər təşkil etdi FOTO


Digərləri 18 Dek 2018 16:30:00 482 0

Bank Respublika regionlarda qadın sahibkarlara təlimlər təşkil etdi  FOTO

Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə onları maraqlandıran mövzular üzrə təlimlər təşkil edib.

3 həftə davam edən layihədə Quba, Lənkəran və Gəncə şəhərində fəaliyyət göstərən 50-dən çox sahibkar qadın təlimlərdə iştirak edib. Təlimlərdə təcrübəli mütəxəssislər marketinq, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları və s. mövzularda faydalı məlumatlarla bölüşüblər.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Xəbərə aid fotolar