Belçika klubu baş məşqçisiylə yollarını ayırdı


İdman 18 Dek 2018 16:27:00 623 0

Belçika klubu baş məşqçisiylə yollarını ayırdı

Belçikanın Anderlecht klubu baş məşqçisi Heyn Vanhazebrukla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son oyunlarda uğursuz çıxış etməsi səbəbindən, baş məşqçi Heyn Vanhazebruk istefaya göndərilib.

"Anderlecht-də yeni baş məşqçi müəyyənləşənə qədər, komandaya Kərim Belhosinin rəhbərlik edəcəyi bildirilib. Andelecht cari mövsümdə Belçika Yupiler Liqasında 19 turdan sonra 31 xalla 4-cü pillədə yer alıb.

Belçika təmsilçisi Avropa Liqasında Fenerbahçe, Dinamo (Zaqreb) və Spartak (Trnava) komandalarıyla bir qrup mübarizə aparırdı. Anderlecht qrupu sonuncu pillədə tamamlayaraq, turnirlə vidalaşıb.