İnsan alverində təqsirləndirilən şəxsə şərti cəza verildi


Digərləri 18 Dek 2018 16:12:00 624 0

İnsan alverində təqsirləndirilən şəxsə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və şərti cəza verilib.

İttihama görə, A.Əhmədova Bakıdan bir qadını Dubaya aparıb cinsi istismara məruz qoyub.