Media nümayəndələri ölkənin qida təhlükəsizliyi üçün səfərbər edilir


Digərləri 18 Dek 2018 16:19:00 517 0

Media nümayəndələri ölkənin qida təhlükəsizliyi üçün səfərbər edilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün "Qida təhlükəsizliyi üzrə media təlim"ə start verilib.

Son.az xəbər verir ki, məqsəd media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.

Agentlikdə 3 gün davam edəcək təlimin birinci günündə 30-a yaxın media nümayəndəsi iştirak edib. Təlimdə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarətinin təşkili, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prossesi və onlarla əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirləri barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.

AQTA-nın rəhbər şəxsləri və mütəxəssislərinin təqdimatları ilə davam edəcək təlimlərdə jurnalistlər qida təhlükəsizliyi sahəsində təbliğat və maarifləndirmə, sağlam qidalanmanın təşviqi istiqamətində Agentliyin gördüyü işlər barədə ətraflı məlumatlandırılacaq. Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.


Xəbərə aid fotolar