"Şagirdi bu qədər yükləmək olmaz, bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq"


Digərləri 18 Dek 2018 16:07:00 711 0

"Şagirdi bu qədər yükləmək olmaz, bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq"

Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinə tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarına adam seçib götürmək çətin olacaq".

Son.az oxu.az-a stinadən xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov parlamentdə "Ümumi təhsil haqqında" qanun layihəsinin birinci oxunuşunun müzakirəsində deyib. 

Onun sözlərinə görə, vaxtilə idmana, əyləncəyə və təhsilə vaxt ayrılırdı:

"Uşaq hərtərəfli inkişaf edirdi. Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 08:00-dan  axşam saat 10:00-a qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik. 

Valideynlər repetitorlar tutur. Elə valideyn var ki,  bu gün nəinki repetitor tutur, hətta "çantadaşıyan" da tutur. 

Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı hansısa qərar qəbul etmək lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur. 

Dərsliklərlə bağlı elan vermək lazımdır ki, kim dərslik yaza bilər və kimlər orada ola bilər?  Həmçinin yeni məktəblərin tikilməsinin tərəfdarıyam. Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-də hərəsində üç uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var.