Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb (FOTO)


Digərləri 18 Dek 2018 16:03:00 608 0

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb (FOTO)

Bu gün Rusiyanın paytaxtı Moskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb.

Bakı. Bu gün Rusiyanın paytaxtı Moskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan bu foruma nazir Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qatılıb. Ümumilikdə 20 nəfərin iştirak etdiyi heyətin tərkibində gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar, gənclərlə iş sahəsində çalışan müəssisə və təşkilatların üzvləri var. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Gənclərlə İş üzrə Federal Agentliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, Qubkin adına Neft və Qaz Universitetinin prorektorları Marina Filatova və Aleksandr Muradov da forumda iştirak edirdilər. Rəsmilər Azərbaycan və Rusiya arası əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildirdilər. Hər iki ölkə gənclərinin diplomatik, humanitar, sahibkarlıq və digər sahələrdə ünsiyyəti, fikir mübadiləsi aparmaları inkişafın əsasını təşkil edir. Rusiyanın müxtəlif universitetlərində təhsil alan çox sayda Azərbaycanlı gəncin olduğu və Rusiya Hökümətinin müxtəlif sahələrdə Azərbaycanlı tələbələr üçün qrant ayırdığı, onları diqqətdə saxladığı da rəsmilər tərəfindən forum iştirakçılarına bildirildi.