İnsan alverində təqsirləndirilən şəxsə şərti cəza verildi


Digərləri 18 Dek 2018 15:54:00 488 0

İnsan alverində təqsirləndirilən şəxsə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və şərti cəza verilib.