Bu il miqrasiya zamanı ölən mühacir və qaçqınların sayı açıqlandı


Dünya 18 Dek 2018 15:46:00 245 0

Bu il miqrasiya zamanı ölən mühacir və qaçqınların sayı açıqlandı

Bu il ərzində miqrasiya zamanı yolda 4 476 mühacir və qaçqın ölüb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Bildirilib ki, əvvəlki 4 ildə olduğu kimi, bu il də mühacirlərin çoxu - 2 217 nəfəri Aralıq dənizində ölüb.

Məlumata əsasən, hər il dünyanın müxtəlif yerlərində yüz minlərlə insan öz ölkəsini ağır iqtisadi şərait, təbii fəlakət, siyasi təqib, zorakılıq və münaqişələr səbəbindən tərk edir.