Bakı Ali Neft Məktəbi SOCAR "Foster Wheeler" ilə əməkdaşlığı genişləndirir FOTO


Digərləri 18 Dek 2018 14:22:00 746 0

Bakı Ali Neft Məktəbi SOCAR  "Foster Wheeler" ilə əməkdaşlığı genişləndirir  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov və onun birinci müavini Mario Castellano ilə görüşüb.

Son.az xəbər verir ki, rektor qonaqları salamlayaraq qeyd edib ki, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsi Ali Məktəbin tələbə və məzunları üçün arzuolunan şirkətlər sırasındadır. BANM-ın fəaliyyətinin son uğurlarını və şirkətlərlə əməkdaşlığa böyük önəmverdiyini vurğulayan rektor, Ali Məktəblə birgə müəssisə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Müəssisənin baş direktoru Elməddin Dadaşov rektor Elmar Qasımova görüş və qonaqpərvərlik üçün təşəkkür edib, müəssisənin fəaliyyəti haqqında danışıb. Daha sonra o müəssisənin tələbələrlə işə böyük önəm verdiyini, onlar üçün xüsusi təcrübə proqramlarının təşkil edildiyini bildirib.

Baş direktorun birinci müavini Mario Castellano isə müəssisənin xüsusilə avtomatlaşdırma və kimya mühəndisliyi istiqamətində bilikli gənc mütəxəssislərə ehtiyyacı olduğunu bildirib.


Xəbərə aid fotolar