“Çalışırlar ki, mənə "udar" vursunlar...”
Şou-biznes 18 Dek 2018 14:26:00 629 0
Keçmişimlə bağlı xoş təəssüratlardan danışmağı sevirəm. O illər bu illərə güc verib. Həyatımı heç kimlə müzakirə etmirəm. Keçmiş günlərimdən efirlərdə, dostlarım arasında söhbət açmıram.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Şou ATV" proqramına qonaq olarkən deyib. Sənətçi verilişdə qeyd edib ki, keçmişdə çətin günlər yaşayıb: "İnstaqram-da bəzən şərh yazırlar ki, dünya sənindir, kef edirsən, amma mənim oğlum oxuyub, heç nə edə bilmir. O insanlar keçmişimizə nəzər salsa, görərlər ki, biz nə əziyyətlər görüb bu yerə gəlib çıxmışıq. Arzu edirəm ki, hər bir valideyn öz övladına güc versin.
Mənbə: milli.az