Bakıda 2 nəfəri xəncərlə hədələyərək pullarını aldılar


Digərləri 18 Dek 2018 14:19:00 389 0

Bakıda 2 nəfəri xəncərlə hədələyərək pullarını aldılar

Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bakı. Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.