KİV: Koçaryan Avropa ölkələrindən birindən sığınacaq istəyəcək


Dünya 18 Dek 2018 14:04:00 269 0

KİV: Koçaryan Avropa ölkələrindən birindən sığınacaq istəyəcək

Hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçaryan azadlığa çıxan kimi Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Joxovurd" qəzeti yazıb.

Nəşrin iddiasına görə, Yerevan Apellyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan R.Koçaryan barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə şikayəti təmin edib. Məlumata görə, keçmiş dövlət başçısı yaxın zamanlarda Ermənistanı tərk edərək, Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcək.