Türkiyə ordusu Fəratın şərqində keçirəcəyi əməliyyatın bəzi detallarını açıqladı


Dünya 18 Dek 2018 13:59:00 213 0

Türkiyə ordusu Fəratın şərqində keçirəcəyi əməliyyatın bəzi detallarını açıqladı

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Fərat çayının şərqində keçirəcəyi birgə antiterror əməliyyatının hazırlıq işlərini başa çatdırıb.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, anti-əməliyyatda 23-24 min hərbçi və Azad Suriya Ordusunun üzvləri iştirak edəcəklər. Bölgənin terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi ilk mərhələsi 2 ay sürəcək. Bu mərhələdə terrorçuların işğalı altında olan 10 nöqtəyə giriləcək.

Fəratın şərqindəki anti-əməliyyatına ordu generalı İsmail Metin Temel komandanlıq edəcək.

Əməliyyat nəticəsində 17 min kv. km-lik ərazinin terrorçulardan təmizlənməsi nəzərdə tutulub.