She’s Mercedes Üç şəfəq işarəsi altında individuallıq FOTO


Digərləri 18 Dek 2018 13:22:51 638 0

She’s Mercedes  Üç şəfəq işarəsi altında individuallıq  FOTO

Müasir cəmiyyətdə qadınların mühüm rolu getdikcə daha çox artır.  Artıq uzun dövr ərzində zərif cinsin nümayəndələri biznesin idarə edilməsi, öz şəxsi təşəbbüslərinin və yüz ildən bir qədər çox dövr ərzində qabul edilmiş çərçivədən kənara çıxan potensialının üzə çıxmasına şərait yaradan digər tapşırıqların həyata keçirilməsi hüququna malik olduqlarını sübut edirlər.  Tarixi baxımdan yaxın keçmişdə Böyük Mademuazel şalvar geyinməklə Avropa cəmiyyətini heyrətləndirirdi.  Bu gün isə qadının sükan arxasına əyləşməsi adi bir hal kimi qəbul edilir.  Buna görə də, təəccüblü deyil ki, bir gün məşhur avtomobil brendlərindən biri öz nümunəsi ilə başqa qadınlara dünyanın təkcə kişilər üçün olmadığını göstərən insanlara diqqət yetirdi.  Və bu dünyada özünü tapmaq mümkündür. Əsas məsələ diqqətlə ürəyinin səsini dinləmək və sənin üçün həm maddi, həm də mənəvi amilləri özündə birləşdirən, öz qavrayış çərçivəsini genişləndirməyə imkan verən həmin o vacib istiqaməti tapmaqdır.  Niyə belə xanımları birləşdirib onlara individual əhəmiyyət və uğurun əldə olunması yolunda öz təcrübə və bacarıqlarını mübadilə etmək imkanı yaratmayaq?  Azərbaycanın qadın sahibkarlarının ictimai həyatındakı "yeni platforma", eləcə də təkcə öz şəxsi biznes sahəsində deyil, həm də kişilərə aidliyi hesab olunan sahələrdə uğurlu karyera qumuş qadınlar barədə biz bu gün Mercedes-Benz brendinin Marketinq, reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Abbasova ilə söhbət edəcəyik. 

- Daimler AG-nin Azərbaycandakı baş nümayəndəliyi, Mercedes-Benz-in Azərbaycandakı rəsmi distribütoru "Avtokapital-Azərbaycan" MMC tərəfindən irəli sürülmüş, 22 noyabr 2018-ci il tarixində Dinamo Hotel Baku-da start götürmüş She's Mercedes qlobal təşəbbüsünü təqdim etmək mənim üçün xoşdur. 

Həmin gündən etibarən ölkəmizin qadınları özünəməxsus She's Mercedes "dünyasının" bir hissəsinə çevrildilər. She's Mercedes hər biri öz sahəsində uğur qazanmış minlərlə zərif cinsin nümayəndəsini bir araya gətirir.  Bundan başqa, onların əksəriyyəti artıq bir neçə onilliklər ərzində avtomobil sənayesi məhsullarının istehsalında öz etibarlılığını sübut edən Mercedes-Benz avtomobillərinə biganə deyil. 

Razılaşın ki, qadınlar üçün avtomobil təkcə nəqliyyat vasitəsi və status göstəricisi rolunu oynamır. Və mən də bu məsələdə onlarla həmrəyəm.  Bu, həmçinin dəbdəbəli bir aksesuardır. Buna görə də, qadınlar məsələn, çanta və ya ayaqqabı seçimində olduğu kimi, avtomobil seçiminə də çox diqqətlə yanaşırlar (gülür). 

- Belə bir təşəbbüsün yaranmasına təkan verən nə oldu? 

- Bir zamanlar Qotlib Daymler sonradan dildən-dilə düşən belə bir ifadə işlətmişdir: "Ya ən yaxşısı, ya da heç nə". Dərhal qeyd etmək istərdim ki bu sözlər həm də "Avtokapital-Azərbaycan" şirkətinin fəlsəfəsini və bizim kollektivin iş prinsipini xarakterizə edir. Ayrıca vurğulamaq istərdim ki, bizim kollektiv maşın sürən xanımlara xüsusi yanaşma nümayiş etdirir və bu heç də təsadüfi deyildir... Dünya avtomobil sənayesini ilk dəfə məhz qadın kəşf etmişdir. Mercedes-Benz-in tarixi alman avtomobil sənayesinin novatoru Karl Benzin həyat yoldaşı Berta Benzin adı ilə bağlıdır. Benzin yaratdığı avtomobil müştərilər arasında populyarlığını itirdikdə, Berta 5 avqust 1888 tarixində həyat yoldaşını xəbərdar etmədən iki böyük oğlu ilə birlikdə Manheymdən Pforshayma yola düşərək bir gün ərzində ümumilikdə 106 kilometr məsafə qət etmişdir. Bununla Berta texnika dünyasında ilk addımlarını atan yeni nəqliyyat vasitəsinin populyarlaşdırılmasına çox dəyərli bir töhvə vermiş oldu. Bu, qadınların onların individuallığını əks etdirən parlaq addımlar atmaq qabiliyyətinə malik olduğunun daha bir nümunəsidir.  Hər bir uğur hekayəsi unikal olsa da, öndə olmağa meyl göstərmək bütün uğurlu qadınların xüsusiyyətidir. She's Mercedes zərif cinsin nümayəndələrini ən inanılmaz addımlat atmağa ilhamlandırır. She's Mercedes qadınların ünsiyyət qurmasına, ideyalarını və təcrübəsini paylaşmasına və bir birindən yeni nələrsə öyrənməyinə şərait yaradan bir platformadır. 

- Bu Daimler AG məhsulları ilə necə əlaqəlidir? 

She's Mercedes təşəbbüsü çərçivəsində avtomobilin idarə olunması ilə bağlı xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuş yeni təkliflər təqdim olunur. Təkcə bunu qeyd etmək kifayətdir ki, 2014-cü ildə "Dünya üzrə ilin qadın avtomobili" tərəfindən təşkil edilmiş müsabiqədə  yeni nəsil Mercedes-Benz S-Class ən çox bal toplayaraq mütləq qalib oldu.  Məlumat üçün: "Dünya üzrə ilin avtomobili" (World Car of the Year) və ya WCOTY - maşınqayırma sahəsində dünyanın 20-dən çox ölkəsindən olan professional beynəlxalq avtomobil jurnalistləri tərəfindən təqdim olunan beynəlxalq mükafatdır.  World Car Awards (WCA) təşkilatı tərəfindən 2003-cü ildə əsası qoyulmuş bu müsabiqə 2004-cü ilin yanvarından başlayaraq hər il keçirilir. Dünya üzrə ilin avtomobili adına layiq görülmək üçün müsabiqədə iştirak edən avtomobilər həmin ilin 1 yanvar tarixinə olan məlumata görə ən azı beş ölkədə və minimum iki qitədə satışda olmalıdırlar. Və bu çərçivədə də seçim həyata keçirilir.  Daimler AG avtomobilləri bir neçə il ərzində müxtəlif kateqoriyalarda ən yaxşı avtomobil seçiliblər: "İlin ən ekoloji avtomobili" - Mercedes-Benz E320 Bluetec (2007) və Mercedes-Benz S250 BlueEfficiency (2012); "Lyuks avtomobil"- Mercedes-Benz W22 (2014); "Dünya üzrə ilin avtomobili" - Mercedes-Benz W205, "İlin idman avtomobili" - Mercedes-AMG GT, "İlin lyuks avtomobili" - Mercedes-Benz C217 (2015); "İlin lyuks avtomobili" - Mercedes-BenzvE-Class (2017).  2019-cu il üçün isə Mercedes-Benz GLE "İlin üst-orta sinif avtomobili" mükafatına namizədlər arasındadır. Hesab edirəm ki, qadınların nə üçün Daimler AG avtomobillərinə diqqət yetirməli olduqlarını göstərmək üçün bu siyahıdan başqa əlavə əsaslandırmaya ehtiyac yoxdur...

- Bəs kişilərin məhşur "avtoşovinizmi"? 

Biz Mercedes-Benz avtomobilinin sükanı arxasında yalnız kişiləri görməyə öyrəşmişik kimi bizim avtomobil bazarına xas olan stereotipi qırmaq istəyərdik.  Müasir qadınlar heç də öz xüsusiyətlərinə görə Berta Benzdən geri qalmırlar (gülür).  Əgər iyirmi il əvvəl sükan arxasında qadının əyləşməsi ən azı təəccüb doğururdusa, hazırda bu artıq bir qədər adiləşib.  İldən ilə bütün ölkələrin və şəhərlərin yollarında getdikcə daha çox zərif cinsin nümayəndəsi sükan arxasına əyləşir.  Lakin qadınların maşın seçmə kriteriyası kişilərdən fərqlənir. Mercedes-Benz-in Azərbaycandakı rəsmi dilerlərinin avtosalonlarında məhz qadınların tələb etdikləri yüksək göstəricilərin hamısı cəmləşib. Və belə anlarda biz hətta şıltaqlıq da edə bilərik (gülür).  Daimler AG heç də əbəs yerə qadın adını daşıyan avtomobil istehsal etmir! G-class, GLE Coupe, GLC Coupe... Mən isə qadınlara A-class, GLA və CLA avtomobillərinə diqqət yetirməyi məsləhət görərdim. Onların hər biri "ünsiyyətin" ilk dəqiqələrindən öz sahibəsinin xarakterini əks etdirə bilər. Axı biz qadınlar çox müxtəlifik!


Xəbərə aid fotolar