Ermənistanın sabiq baş naziri və daha yeddi min nəfər Serj Sarqisyanın partiyasından istefa verib


Dünya 18 Dek 2018 13:08:00 254 0

Ermənistanın sabiq baş naziri və daha yeddi min nəfər Serj Sarqisyanın partiyasından istefa verib

Ermənistanın sabiq baş naziri Karen Karapetyan keçmiş hakim Respublikaçılar Partiyasından istefa verib.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Qraparak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, eks hökumət başçısı uzun müddətdir siyasi təşkilatın qərargahına ayaq basmır. K.Karapetyan partiya sədrinin birinci müavini vəzifəsini tuturdu. Respublikaçılar Partiyasının sədri isə keçmiş prezident Serj Sarqsyandır.