Tahir Kərimli: "Bizi açıq şəkildə təhqir edirlər"


Digərləri 18 Dek 2018 12:56:00 682 0

Tahir Kərimli: "Bizi açıq şəkildə təhqir edirlər"

"Hazırlanmaqda olan "Mətbuat Şurası haqqında" qanun layihəsi ilə tanış oldum, bunun qəbul edilməsini zəruri sayıram. Jurnalistlərin təklifini faydalı sayıram. Həm jurnalistlərin hüquqularının müdafiəsi sahəsində, həm də onların cəzalandırılması mexanizmləri haqqında məsələnin qoyulmasını düzgün sayıram. Bu, eyni zamanda, teleradio şurası haqqında qanuna da aid edilməlidir".

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.