“Silk Way Helicopter Services”in donanmasına müasir helikopter əlavə olunub


Digərləri 18 Dek 2018 13:00:00 658 0

“Silk Way Helicopter Services”in donanmasına müasir helikopter əlavə olunub

"Silk Way Helicopter Services" kommersiya helikopter aviaşirkəti donanmasına yüksək keyfiyyətli aeroçəkiliş üçün ixtisaslaşdırılmış foto/video avadanlığı ilə təchiz olunan ən yeni "Agusta Westland AW109SP" helikopterini əlavə edib.

"Silk Way Helicopter Services" şirkətinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "AW109SP" seriyalı helikopterlər hər cür hava şəraitində istismar üçün naviqasiya peyk sistemi ilə təchiz olunub. Helikopterin şüşə pilot kabini mükəmməl görüntünü təmin edir.

2,6 meqapiksel təsvir ölçülü, geniş görüntü bucağı və quraşdırılmış hiroskopik stabilizatora malik "Gyro-Stabilized Systems (GSS) Broadcast series B512 Gimbal Camera - Ikegami HDL-F3000" bort foto/video kamerası hər cür hava şəraitində və istənilən xarici işıqlandırmada yüksək keyfiyyətli çəkiliş aparmağa imkan verir.


Xəbərə aid fotolar