Əxlaqsız qadın müəllim qalmaqalı: valideynlər


Digərləri 18 Dek 2018 12:42:00 239 0

Əxlaqsız qadın müəllim qalmaqalı: valideynlər

ABŞ-ın Arizona ştatında ata və ana övladlarının təhsil aldıqları orta məktəbi məhkəməyə veriblər. Onlar mənəvi təzminat qismində məktəbdən 2,5 milyon dollar tələb edirlər.

Səbəb 13 yaşlı oğlanı cinsi əlaqəyə sövq etmiş əxlaqsız müəllimdir.

Son.az Azcentral-a istinadən bildirir ki, Arizonadakı Uest Vallidə yerləşən "Liberty Elementary School" məktəbində müəllim işləmiş 27 yaşlı Brittani Zamoradır.

Valideynlərin vəkili, "Davis Miles McGuire Gardne" şirkətindən olan hüquqşünas Maykl Medinanın dediyinə görə, məktəbdə 6 ildən bəri çalışan müəllim B.Zamora 13 yaşlı şagirdini toylayaraq cinsi əlaqəyə sövq edib, onu zorlayıb

Vəkilin dediyinə görə, məktəbin direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinə yetərincə nəzarət etmir. "Məktəbdə "Class Craft" adlı onlayn ünsiyyət platforması var. Direktor vəzifə səlahiyyətlərinə həddən ziyadə laqeyd yanaşmasaydı, bu platforma vasitəsilə Zamoranın 13 yaşlı şagirdini tovladığını asanlıqla görərdi", - vəkil deyib.


Xəbərə aid fotolar